RU
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir
18:05
258

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir

Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə aksiyalar keçirilir.

7NEWS.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, "Gəncliyin səsi” hərəkatının üzvləri 15 ali təhsil müəssisəsində "Oyan, tələbə” adlı aksiya keçirib.
Etirazçılar universitetlərin qarşısına "Oyan, tələbə” yazılmış plakatlarla toplaşıblar.

Baş nazir Nikol Paşinyanın və onun komandasının tərəfdarları isə İrəvanda parlament binasının qarşısında aksiya keçiriblər.

Spiker Alen Simonyan aksiya iştirakçıları ilə parlament binasının qarşısında görüşüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ