İrəvanda onlarla qadın Respublika meydanında səssiz etiraz aksiyası keçirib.
7NEWS.Az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefası ilə müxalifət tərəfindən başladılan aksiyanın iştirakçıları onun əleyhinə şüarlar yazılmış plakatlar tutublar.
Polis qadınların hərəkətlərini uzaqdan izləyir, vaxtaşırı yolu bağlasalar da, onların aksiya keçirməsinə mane olmur.








