Bu gün səhər Sevan-İrəvan yolunda qazdoldurma məntəqəsində partlayış baş verib.
Bu barədə erməni KİV-ləri xəbər verir.
İlkin məlumata görə, partlayış borunun kompressorla birləşdiyi yerdə baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda olan üç avtomobil, həmçinin yaxınlıqda quraşdırılmış bir neçə günəş paneli zədələnib.








