RU
Ermənistanda repressiya: Maskalılar keçmiş bələdiyyə sədrini oğurladılar
14:20
436

Ermənistanda repressiya: Maskalılar keçmiş bələdiyyə sədrini oğurladılar

Ermənistanın Meğri şəhərinin keçmiş bələdiyyə sədri Mxitar Zakaryan polis bölməsinə çağırılıb.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, sabiq bələdiyyə sədri bölməyə vəkili ilə birlikdə gəlib. Lakin polis əməkdaşları onu içəri tək buraxıb. Təxminən 10 dəqiqə sonra isə bir neçə maskalı şəxs Zakaryanı maşına mindirərək naməlum bir yerə aparıb.

Qeyd edək ki, bundan əvvəl onun vəkili Yerem Sarkisyan mətbuata Mxitar Zakaryanın tutulması barədə qərar verildiyini açıqlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ