RU
Ermənistanda Rusiya hərbçisi bıçaqlandı
16:50
423

Ermənistanda Rusiya hərbçisi bıçaqlandı

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi qulluqçusu bıçaqlanıb.

"Shamshyan.com” saytının yazdığına görə, hərbçi ötən gecə döş qəfəsi nahiyəsində bıçaq yaralanması ilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları onun 22 yaşlı Rusiya vətəndaşı Racan Kajimirov olduğunu müəyyən ediblər. O, hazırda ifadə vermək vəziyyətində deyil.

Mənbənin məlumatına görə, Kajimirov 102-ci Rusiya bazasında xidmət edir. Hadisə yeri, hadisənin səbəbləri, həmçinin günahkarların dairəsi müəyyən edilir./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ