Ermənistanda Rusiya hərbi qulluqçusu təsadüf atəş nəticəsində xidmət yoldaşını öldürüb.
Bu barədə TASS nəşri Cənub Hərbi Dairənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 23-də Alaqyaz poliqonunda baş verib. Rusiyalı hərbi qulluqçu təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq əsgər yoldaşını qətlə yetirib. Hadisədən sonra o, özünü də güllələyərək öldürüb.
Faktla bağlı araşdırma aparılır./oxu
7news.Az








