"Birinci Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda baş çəkdiyi məntəqələrdə Azərbaycan əsilli saxlanılan şəxs yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, hazırda Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur:
"2020-ci ildə baş verən münaqişə zəminində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir”.
BQXK nümayəndəsi qeyd edib ki, həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-cı illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var:
"Hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur”./oxu
7News.Az








