Ermənistanın Eçmiədzin şəhərində gecə saatlarında silahlı toqquşma baş verib.
Gecə saatlarında polisə verilən xəbərdən sonra güllələnmiş avtomobil aşkar edilib. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib.
Bildirilir ki, "Toyota Land Cruiser" markalı maşına açılan atəş nəticəsində 1981-ci il təvəllüdlü sürücü Levon Avetisyan və 1973-cü il təvəllüdlü sərnişin Karen Davtyan ölüb. Faktla bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, 44 yaşlı Karen kriminal aləmdə "Tupik Karen" adı ilə tanınır. Levon isə onun sürücüsüdür. Bildirilir ki, bu atışma "Don pipo"ya sui-qəsd hazırlayan kriminal avtoritetlər arasında baş verən "razborka"dır./olke.az
7news.Az








