RU
Ermənistanda şok yaradan xəbər: Virusu müəyyən edənlər özləri virusa yoluxdu - KÜTLƏVİ
17:30
624

Ermənistanda şok yaradan xəbər: Virusu müəyyən edənlər özləri virusa yoluxdu - KÜTLƏVİ

Ermənistanda səhiyyə işçiləri arasında koronavirus yayılmaqdadır.

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin 14 əməkdasında virus tapılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, bunlar yeni faktlar deyil və 28 mart statistikasına daxil edilib.

Sözügedən mərkəzdə məhz COVİD-19-la bağlı götürülən analizlərə baxılır. Yoluxanların əsasən laboratoriya əməkdaşı olduğu bildirilir. Bu isə əhali arasında yoluxmanın mənbəyi barədə narahatlıq yaraıb.

Ümumilikdə Ermənistanda 424 yoluxma halı qeydə alınb. 3 nəfər ölüb, 30 nəfər sağalıb.
 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ