Ermənistanda daha 702 nəfərdə koronavirus aşkarlanıb.
7News.Az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 156 142 olub.
Ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 2 714-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 663-ə yüksəlib. İndiyədək 136 766 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 15 999 aktiv koronavirus xəstəsi var.








