RU
Ermənistanda son sutkada 3 500-dən çox yoluxma qeydə alınıb
16:10
726

Ermənistanda son sutkada 3 500-dən çox yoluxma qeydə alınıb

Ermənistanda son sutkada daha 3 536 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 361 764-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölən olmayıb. Ölənlərin ümumi sayı 8 035-dir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ