Ermənistanda son sutkada daha 3956 nəfərdə COVID-19 aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 374 878-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 8 060-a yüksəlib. Hazırda 23 923 nəfər koronavirusdan müalicə olunur.








