Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 111 yeni yoluxma qeydə alınıb.
7NEWS.Az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 421 953-ə çatıb.
Son sutka ərzində infeksiyadan 2 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 8 570 nəfərə yüksəlib.
7NEWS.Az








