Ermənistanda suyun qiymətində vahid sistem yaradılır.
Bu qərarla İrəvanda suyun qiyməti artacaq. Bölgələrdə isə qiymət həm artıb, həm azala bilər. Belə ki, bütün ölkədə su üçün orta tarif həddi müəyyən ediləcək.
"İrəvan-cur” şirkətinin mətbuat katibi Murad Sarkisyanın sözlərinə görə, yeni qiymətlər yanvarın 1-dən qüvvədə olacaq.
Yeni tariflərin məbləğinə gəlincə, Sarkisyan hələ ki, hesablamalar aparıldığını əlavə edib.
Hazırda Ermənistanda 1 kubmetr su üçün ən aşağı tarif 170 dram (0.59 qəpik), ən yüksək isə 204 dramdır. Qeyd edilir ki, orta tarifin 180 dram olacağı gözlənilir./qafqazinfo
7news.Az








