Ermənistanda Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
7NEWS.Az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, toplantıda Ermənistanın qarşısında duran vəzifələr və beynəlxalq aləmdə gedən proseslər müzakirə olunub.
Qeyd edək ki, iclasda Ermənistanda Prezident vəzifələrini icra edən Alen Simonyan da iştirak edib. O həmçinin parlamentin sədridir.
7NEWS.Az








