RU
Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb
11:30
15

Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb

Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Bu barədə Ermənistan müxalifətinin "Srbazan Paykar” teleqram kanalı məlumat yayıb.

Kanalın yaydığı videomateriallardan fəalların Əştərək şəhərində İrana gedən dövlətlərarası avtomobil yolunu bağladıqları məlum olub. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın "Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ