RU
Ermənistanda xidmət rəhbəri həbs olunub
12:18
549

Ermənistanda xidmət rəhbəri həbs olunub

Qeraçi adına İrəvan dövlət Tibb Universitetinin təhlükəsizlik xidmətinin rəhbəri Vanik Qinosyan həbs olunub.


7News.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Universitetin rektoru Mikael Narimanyan bildirib. 

Narimanyan Qinosyanın 2 ay əvvəl həbs olunduğunu desə də, onun nədə günahlandırıldığını açıqlamayıb. 

Rektor sadəcə araşdırma getdiyini bildirib. 

Qeyd edək ki, daha əvvəl "Johovurd” qəzeti universitet rəhbərliyinin saxlanıldığını yazmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ