RU
Ermənistanda yeni baş prokuror seçildi
16:39
582

Ermənistanda yeni baş prokuror seçildi

Ermənistanın parlamenti Artur Davtyanı baş prokuror seçib.


7News.Az "News.am”-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 97 deputat Davtyanın lehinə, 3-ü əleyhinə səs verib. 

Üç bülleten isə etibarsız sayılıb. 

Qeyd edək ki, 38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub.

Xatırladaq ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ