Ermənistan parlamenti ölkənin Baş prokurorunun müavini Anait Manasyanı ombudsman olaraq seçib.
69 millət vəkili Manasyanın lehinə səs verib.
Onun namizədliyini hakim "Vətəndaş müqaviləsi” partiyası təklif edib.
Qeyd edək ki, yanvarda Ermənistan ombudsmanı Kristine Qriqoryan istefa verib. O, 1 il ərzində bu vəzifəni icra edib./qafqazinfo








