RU
Ermənistanda yük qatarı relsdən çıxıb
12:50
26

Ermənistanda yük qatarı relsdən çıxıb

Ermənistanın Armavir vilayətində yük qatarı relsdən çıxıb.

7News.Az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə dəmir yolunun Karakert-Dalarik hissəsində qeydə alınıb. 

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda İrəvan-Gümri-İrəvan, eləcə də İrəvan-Tbilisi-İrəvan reysi üzrə qatarların hərəkəti dayandırılıb. 

Qatarın sement istehsalı üçün xammal daşıdığı qeyd olunub. Hadisənin nəticələrinin 2 gün ərzində aradan qaldırılacağı güman edilir. İnsidentin səbəbləri araşdırılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ