RU
Ermənistandakı hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat təqdim edilib
15:00
266

Ermənistandakı hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat təqdim edilib

Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimatı olub.
Hesabatı "Sudan istifadə Sahəsində Mütəxəssislər" İctimai birliyinin sədri Amin Məmmədov təqdim edib.

Onun sözlərinə görə, kosmik monitorinq işləri SPOT 6 və Azersky (SPOT 7) peyklərinin 2017-2023-cü il tarixlərində çəkilmiş peyk təsvirləri əsasında icra olunub.

Bildirilib ki, hazırkı hesabatda Ermənistan ərazisində yerləşən 26 ədəd filiz hasilat yatağının kosmik monitorinqinin nəticələri yer alıb.

Hesabata görə, aparılan monitorinqin nəticələrinə əsasən, son 5 il müddətində Qafan hasilat yatağı aktiv fəaliyyət göstərir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 49.2 % sahəvi genişlənmə müşahidə edilib. Dəyişikliklər əsasən rezervuarların ətrafında müşahidə olunur. Əlavə olaraq bir neçə istiqamətdə kəşfiyyat işlərinin (yeni qazıntı yerləri) aparıldığı görünür.

Aparılan araşdırmalar zamanı Qafan dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın su ehtiyatlarının istifadəsi yararsız hesab edilib. Çayda nikelin miqdarı 5,5, dəmirin miqdarı isə 4,5 dəfə normadan artıqdır.

Erməni ekoloqlarının məlumatına əsasən, Qafan şəhərindəki Şahumyan polimetal mədənində zərərli hissəcikləri buraxılması ehtimalı daha yüksəkdir və açıq istismar zamanı ağır metallarla dolu toz zərrələri Qafan ətrafına (Oxçuçaya) yayılır.

Qafan filiz emalı zavodu tərəfindən dəfələrlə normadan artıq metalların çaya yalnız çay faunasını, ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çirklənmiş suyun istifadəsi zərərli nəticələrə mədə-bağırsaq traktının pozğunluqlarına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə, ürək-damar, sinir sistemlərinin pozulması problemlərinə yol açır.

Növbəti aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Voskedzor qızıl-polimetal mədənində heç-bir dəyişiklik müşahidə olunmayıb. Ehtimal edilir ki, Voskedzor qızıl-polimetal mədəni fəaliyyət göstərməyib. Bu mədən üzrə açıq karxanalardan, filiz qırma sahəsindən qeyri- üzvi tozun emissiyaları ildə 649,97 ton hesablanıb. Ətraf mühitə atılan maddələrin ümumi iqtisadi zərəri isə 81,97 milyon AMD (Ermənistan pul vahidi) qiymətləndirilir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Arcut hasilat yatağı aktiv fəaliyyət göstərir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 70.4 % sahavi genişlənmə müşahidə edilib. Dəyişiklik əsasən yeni emal zavodunun tikintisindən, yataqla zavod arasındakı yolun salınmasından və kəşfiyyat işlərinin aparılmasından ibarətdir. Mədəndə emal zavodunun tikintisinə 2021-ci ilin 2-ci yarısında başlanılıb. 2014-2021- ci illərdə mədəndə kəşfiyyat işləri aparılıb. "Bektek-Eko" MMC Arcut mədəndə qızıl əldə etmək üçün sianid üsulunu seçib ki, mədənin açıq şəkildə fəaliyyəti nəticəsində yerüstü, yeraltı sular ağır metallarla çirklənmə riskinin yaranması və partlayışlar nəticəsində yaranan zǝrǝrǝli tozun ətraf ərazilərə çökməklə yaxın ətrafa yayılması ehtimalı yüksəkdir. Quru mövsümdə küləklər, yağıntılar zamanı isə yerüstü və yeraltı axınlar ilə həmin ərazilərin suları kimyəvi tarkibini dəyişir və istifadə üçün təhlükə yaradır. Yataq yaxınlığından keçən Debet çayının kimyəvi tərkibinin dəyişməsi Kür çayı üçün təhlükə mənbəyidir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Yuxarı Vardanidzor qızıl və polimetal mədəninin fəaliyyət göstərmədiyi müşahidə olunur. Vizual analiz nəticəsində 2 dövrü təsvirdə fəaliyyətə dair heç- bir dəyişiklik müşahidə olunmamışdır. Mədən işlərinin aparılması yaxın ətraf ərazilərdə ekoloji fəlakətlərin baş verməsinə səbəb olacaq.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində *Meqhasar qızıl mədəninin istismarı aktiv şəkildə həyata keçirilir. Dəyişikliklər əsasən karxanaların ətrafında müşahidə olunur. Belə ki, yatağın sahəsində bu dövr ərzində 26.1% sahəvi genişlənmə müşahidə edilib Mədən və emal zavodunun fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli sular canlı və bitkilər üçün böyük təhlükə mənbəyidir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Azatek qızıl mədəninin istismarı aktiv şəkildə həyata keçirilir. Dəyişiklik yeni karxanaların meydana gəlməsindən ibarətdir. Belə ki, yatağın sahəsində bu dövr ərzində 450% sahəvi genişlənmə müşahidə edilib.

Mədən və emal zavodunun fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli sular canlı və bitkilər üçün böyük təhlükə mənbəyidir. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi tullantıların Arpa çayına axıdılması nəticəsi olaraq zərərli toz və kimyəvi maddələrin hava və su yolu ilə Respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı məhv etməsi davam edir. Mədən Arpa çayının üzərində yerləşdiryi üçün tullantı sularının çaya axıdılması istisna edilmir. Bu Arpa çayının vadisində mövcud olan ərazilərə ekoloji problemlərinə zamin yaradılmasıdır.

Ermənistanda "Vaya Gold" MMC tərəfindən Azatek mədənindən 250 milyon dram (Ermənistan pul vahidi) dəyərində qeyri-qanuni qızıl, gümüş və mis hasilatı maddəsi ilə cinayət işi qaldırılıb.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Armanis qızıl-polimetal mədənində istismar işləri davam edir. 2023-cü ildə, 2017 -ci ilə nisbətdə üfüqi sahǝvi artımda dəyişiklik 3.7% təşkil etsə də, təsvirdən karxanalarda dəyişikliklərin olması müşahidə olunur. Emal zavodunun ərazisində xammal yığımlarının artımı aktiv faaliyyətin aparıldığını təsdiqləyir.

Armanis mədənində 14 647 min ton filiz qiymətləndirilir ki, bunun da 12316,4 kq qızıl, 161,2 ton gümüş, 158,6 min ton mis, 381 min tonu sink, 3888101 ton filizdir. qurğuşun, 2358,2 ton kadmium, 83,0 ton vismut, 69,3 ton selen, 355,3 min ton kükürd təşkil edib. Armanis filiz emalı kompleksinin yaxınlığında turşulu su gölməçələrə, dərəyə, daha sonra Qara su çayına axıdılması faktlara qeydə alınıbdır." Mədəndə emal zavodundan kimyəvi tullantıların Qara su çayına axıdılması nəticəsi olaraq zərərli toz və kimyəvi maddələrin su yolu ilə Respublikamızın ərazisinə daxil olması ekologiyamıza mənfi təsir göstərir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində *Qaraberd qızıl gümüş mədənində istismar işləri davam edir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik 46.7% təşkil edir. Dəyişiklik əsasən karxanaların və kəşfiyyat yerlərinin sahavi artımından ibarətdir. İstismarçı şirkət 2022-2025-ci illərdə Qaraberd qızıl mədəninin mərkəzi sahəsinin şərq və cənub qanadlarında geoloji kəşfiyyat işlərinin aparılmasını və filiz emalı fabrikinin tikintisini nəzərdə tutub. Mədənin istismarından zərər çəkən sakinlar şirkətin fəaliyyətinə qarşıdırlar. Mədənda karxanaların partlayıcı üsulu ilə istismarı və kimyəvi tullantıların Debed çayına axıdılması su yolu ilə Respublikamızın ərazisinə daxil olmaqla ekologiyamıza mənfi təsir göstərir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Meqradzor qızıl gümüş mədənində fəaliyyətin qismən olduğu müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik 2.6% təşkil edir. Dəyişiklik əsasən çirkli su anbarının ətrafında müşahidə olunur. Beynəlxalq təşkilatlar tərəfindən mədən yaxınlığında aparılan ekoloji monitorinqlər Marmank çayı və ətrafının suyunda çirkləndiricilərin olduğu müəyyənləşdirilib. Emal naticəsində meydana gələn kimyəvi tullantıların Marmank çayına axıdılması nəticəsi olaraq su yolu ilə respublikamızın su resursları çirkləndirilir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Hankasar mis, molibden yataq mədənində fəaliyyətin aparılmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik yoxdur. Mədənin fəaliyyəti bərpa olunduğu halda emal prosesindən meydana. galan tullantıların çaya atılması Oxçuçayın çirklənməsinə səbəb olacaq.

"Ler- Ex" LLC şirkəti filizpaylayıcı zavodu söküb, əmlakın bir hissəsi Zəngəzur Mis-Molibden Kombinatına verib. Quru tullantı anbarının bərpa olunmadığı üçün küləklərdən tozun qalxıb təbiətə zərər verməsi qaçılmazdır.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Şamlux mis, qızıl və gümüş mədənində aktiv fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 4.9% artıb. Dəyişiklik əsasən karxana ərazilərinin və xammalın emalı hovuzları ətrafında olduğu aşkarlanıb. Əlavə olaraq, karxanalardan emal zavodu istiqamətində olan mövcud yolların aktiv istifadəsi və zavod ətrafında xammal yığıntısının artdığı müşahidə olunur. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı nəticəsində hava yolu ilə zərərǝli tozların yayılması va emal zavodundan Debed çayına atılan kimyəvi tullantıların su yolu ilə respublikamızın ərazisinə daxil olması baş verir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Sotk qızıl, gümüş mədənində aktiv fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 53.9% artıb. Dəyişiklik əsasən istismar və kəşfiyyat ərazilərin sahələrində baş verən artımdan ibarətdir. İstismar prosesindan havaya atılan zərərǝli tozlar Respublikamızın ətraf mühitini çirkləndirməkdədir. Mədəndə açıq qazma işləri aparmaqla yanaşı yeraltı istismar və kəşfiyyat işlərinin artırılması nəzərdə tutulur.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Amulsar qızıl mədəndə aktiv fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahǝvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 15.4% artıb. Dəyişiklik əsasən istismar və kəşfiyyat ərazilərin sahələrində baş verən artımdan ibarətdir. İstismar prosesindən əmələ gələn zararli tozlar respublikamızın ətraf mühitini çirkləndirməkdədir.

Amulsar mədənin istismarı ətraf mühiti və ən böyük şirin su mənbəyi olan Sevan gölünü çirklandirma ehtimalı yüksəkdir. Qızılın yuyulmasında istifadə olunan sianidin hasilatı və istifadəsi Arpa va Vorotan çaylarına və Sevan gölünə təsir edəcəyi üçün layihənin ətraf mühitə və iqtisadi həyat üçün təhlükə yaratması bu gün da aktualdır.

Aparılan monitorinqin naticalarina asasən son 5 il müddətində Aqarak mis, molibden mədənində aktiv faaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 5.9% artıb. Dəyişiklik əsasən karxana ərazisinin sahəvi artımından ibarətdir. Mədəndə aparılan açıq qazma işlərində istifadə olunan partlayıcıların havaya yaydığı zərərərli toz v emal zavodundan Araz çayına daxil olan kimyəvi tullantılar Respublikamizin ekologiyasına ciddi təhlükədir.

Aqarak Mis-Molibden Kombinatının tərkibində ağır metallar olan madan tullantıları Karçevançay vasitəsilə Araz çayını zəhərləyir. ABŞ-ın "Comsup Commodities" şirkəti kombinatın bütün səhmlərini alıb və onun tam sahmdarına çevrilib. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal olunur. Məlumata görə, kombinatin Dəvəzəm tullantı anbarına taxminan 36,8 milyon kubmetr təhlükəli tullantı yığılıb. Tullantı anbarından gələn su Araz çayına axır.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Tequt mis, molibden mədənində aktiv fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ila nisbatda 14.5% artıb. Dəyişiklik əsasən karxana ərazisinin və xammalın ilkin emalı üçün stifadə olunan yuma hovuzun sahavi genişlənməsindən ibarətdir.

Mədəndə aparılan açıq qazma işləri üçün istifadə olunan partlayıcıların havaya yaydığı zarararli toz va emal zavodundan kimyavi tullantıların Araz çayına daxil olması nəticəsində respublikamızın ekologiyasına zərər vurması davam edir. Mədənə aid olan turşu sulfidlar olduqda ağır metalları parçalayan, ətraf mühitə kimyəvi tullantılar amala gatiran turşuların amala galməsinə səbəb olur ki, nəticədə turşular yüksək sürətlə torpağa, yeraltı sulara, çaylara va göllərə nüfuz edərək həyat üçün dağıdıcı hadisələrə səbəb olurlar.

Mədənin ətraf mühitə vurduğu ziani müeyyanlaşdirmək üçün sudan, çöküntülərdən, ev tozundan, biomateriallardan, sızma ya çirklənmənin yayılması nəticəsində ikinci dərəcəli kimyavi çirklənmiş ərazilərdən nümunələr götürülüb və nəticədə nümunələrdə ağır metalların və zəhərli elementlarin olduğu müəyyən edilib.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Qaracan mis, molibden mədənində aktiv fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 7.6% artıb. Dəyişikliklar əsasən karxana ərazilərində üfüqi genişlanmədən və şaquli dərinləşmədən ibarətdir. Mədənda karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi tullantıların çaylara axıdılması nəticəsində zərərli toz va kimyəvi maddələrin hava va su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızın çirklənməsinə səbəb olur.

Ermənistan Ətraf Mühitin Mühafizəsi və Dağ-Madan Müfəttişliyi tərəfindən xüsusi olaraq Qaracan mədəninin çay sularını çirkləndirməsi ilə bağlı davamlı alaraq araşdırmalar aparılır. Mədənin təsirindən ətraf mühitin deqradasiyası hələ də davam edir, Oxçuçayda toksiklik səviyyəsinin yüksək olması balıqların kütləvi ölümünə səbəb olur.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Aygedzor mis, molibden mədənində fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 4.2% artıb Dəyişiklik əsasən karxana ərazilərində üfüqi genişlənmədən və zavod ətrafında xammal yığıntısının həcminin artmasından ibarətdir.

Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və emal zavodundan kimyəvi Megri çayına axıdılması nəticəsində zərərli toz və kimyəvi maddələrin hava va su yolu ila Respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı çirkləndirir.

Mədənin ehtiyatları aşağıda qeyd olunan maddələrdən ibarətdir: filiz - 233,0 milyon ton, molibden -72,2 min ton, mis - 367,8 min ton, renium - 109,5 ton, qizil - 4140 kq, gümüş - 257,0 ton, tellirium - 466,0 ton, vismut - 2027,1 ton, germanium - 6,372 ton. Qeyd olunan elementləri və metalları toz halında ehtiva edən mədən ərazisi ətraf mühit və sağlamlıq üçün yüksək risklər yaradır. EcoLur-un Ekoloji Risk Modelində mədənin təhlükə kateqoriyası 3-dür, yəni mədəndə mövcud olan mis, molibden va kükürd səbəbindən fəlakətli sayılır.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Lichk qızıl, gümüş, mis mədənində fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahǝvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 28.7% artıb. Dəyişiklik asasan karxana ərazilərində üfüqi genişlənmədən ibarətdir. Mədəndə karxanaların partlayıcı üsulu ilə istismarı və tullantıların Megri çayına axıdılması nəticəsində zərərli toz və kimyəvi maddələrin hava va su yolu ilə respublikamızın ərazisinə daxil olmaqla ekologiyamızı çirkləndirir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Mqart qızıl gümüş mədənində fəaliyyətin olduğu müşahidə olunur. Mədən ərazisinin sahəvi artımı 2023-cü ildə 2017-ci ilə nisbətdə 13.7% artıb. Dəyişiklik əsasən karxanaların və kəşfiyyat yerlərinin sahavi artımından ibarətdir. Mədəndən kimyəvi tullantıların Debed çayına axıdılması Kür çayının çirklənməsinə səbəb olur.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Sofi binay qızıl, gümüş, sink mədənində fəaliyyətin qismən aparıldığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahǝvi artımda dəyişiklik olmasa da, mədən ərazisində yük daşıyıcı nəqliyyat vasitələrinin olması müşahidə olunur. Mədənin fəaliyətindən Arpaçayına çayına kimyəvi maddələrin axıdılması su yolu ilə respublikamızın arazisinə daxil olaraq ekologiyamıza mənfi təsir göstərir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Dastakert mis, molibden mədənində fəaliyyətin olmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahǝvi artımda dəyişiklik müşahidə olunmur. Kəşfiyyat işlərinin aparıldığı ehtimal olunur. Mədənin ətrafında kəşfiyyat işlərindən geri qalan tullantılar çay sularına sizmaqla Respublikamızın ətraf mühitinə mənfi təsir göstərir. Zəngəzur mahalının Dastakert qəsəbəsi xəyal şəhəri təəssüratı yaradır. Yarım dağılmış binalar, keçmiş dağ-mədən kompleksinin infrastrukturu, sənaye binaları xarabalığa çevrilib.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Razdan dəmir mədənində aktiv fəaliyyətin aparıldığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik 3.5% təşkil edir. Dəyişiklik əsasən karxanada aparılan istismar işlərindən (xammal yığıntılarinin artması) və sahəvi dəyişiklikdən ibarətdir. Mədənin fəaliyətindən Zəngi çayına atılan kimyəvi tullantıların Araz çayı ila respublikamızın ərazisinə daxil olması ekologiyamıza mənfi təsir göstərir.

Yerli sakinlər mədənin çayın yaxınlığında olması və filizin dərin qatlardan çıxarılması nəticəsində su resurslarının çirklənməsinə səbəb olmasına görə ciddi şəkildə narahatdırlar.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Tuxmanuk qızıl mədənində fəaliyyətin olmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik müşahidə olunmur. Mədən ətrafında hal-hazırda mövcud olan kimyəvi tullantılardan çaya sızan zərərli maddələr çay vasitəsilə Respublikamızın su resurslarını çirkləndirməkdədir.

Aparılan monitorinqin nəticələrinə əsasən son 5 il müddətində Mərcan qızıl, gümüş mədənində fəaliyyətin olmadığı müşahidə edilir. 2023-cü ildə 2017-ci ilə nisbətdə sahəvi artımda dəyişiklik müşahidə olunmur. Marcan qızıl-polimetal faydalı qazıntı yatağının arazisində aparılan kəşfiyyat və geokəşfiyyat işləri nəticəsində yaranmış və indiyədək təkrar emal olunmamış zibilliklər yaxınlıqdan keçən çay sularının təmizliyinə təsir etdiyi üçün, su yolu ile Respublikamızın ərazisinə daxil olmaqla ekologiyamıza ciddi təsir edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ