Ermənistanın baş naziri OvukAbraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.
7news.Az-ın xəbərinə görə, bu barədə İnterfax-a respublikanın hökümət dairələrindəki mənbə məlumat verib.
"Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abramyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir Karen Karapetyan (Yerevanın sabiq meri) təyin olunacaq”, - agentliyin həmsöhbəti belə deyib.
Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir.
"Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, - deyə o bildirib.
7news.Az








