RU
Ermənistanın DİN rəhbəri etirazçılarla görüşdən imtina edib
12:40
22

Ermənistanın DİN rəhbəri etirazçılarla görüşdən imtina edib

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.

7News.Az "Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

"Hazırda sizinlə görüş təşkil edə bilmərik. Danışa bilərik və uyğun olarsa, sizə xəbər verəcəyik”, - o qeyd edib.

Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan onların qarşısına çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağına bildirib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ