RU
17:50
983

"Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır" - VİDEO

30 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında dağıntıların miqyası ağlasığmazdır.
7News.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

O bildirib: "Hətta kərpic və daş da talan edilib. Tezliklə, Ermənistanın törətdiyi bu cür dağıntılar geri qayıdan məcburi köçkünlərə daha yaxşı gələcək qurmaq üçün tikinti və inşaatla əvəz olunacaq".


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ