RU
Ermənistanın müdafiə naziri Fransaya gedib
15:00
24

Ermənistanın müdafiə naziri Fransaya gedib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya gedib.

Trend erməni mediasına istinadən xəbər verir ki, Papikyan Fransanın müdafiə naziri Sebastyan Lekornyu tərəfindən ölkəyə dəvət olunub.

Xatırladaq ki, Fransanın müdafiə naziri bir qədər əvvəl Ermənistana "müdafiə xarakterli" silah-sursat və hərbi texnikanın satılacağını bildirib.

Fransalı nazir konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" deyib.

Göründüyü kimi, Fransa Ermənistana silah sataraq ölkəni Azərbaycana qarşı yeni müharibəyə təhrik edir və Ermənistanda revanşizmi gücləndirməklə bölgədə gərginliyi daha da artırmaq məqsədi güdür. Açıq-aşkar görünür ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması rəsmi Parisin maraqlarına xidmət etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ