RU
Ermənistanın müdafiə nazirinin xidməti maşını Gürcüstan qeydiyyatlı avtomobillə toqquşub
21:12
388

Ermənistanın müdafiə nazirinin xidməti maşını Gürcüstan qeydiyyatlı avtomobillə toqquşub

Bu gün Ermənistanda Müdafiə Nazirliyinə məxsus "Toyota” markalı avtomobil Gürcüstan dövlət nömrə nişanlı "Hyundai” markalı maşınla toqquşub.

Bu barədə ermənistanlı fotojurnalist Qaqik Şamşyan məlumat yayıb.

Onun hadisə yerindən çəkdiyi fotolardan sonra məlum olub ki, "Toyota” Ermənistan müdafiə naziri Suren Papikyanın xidməti avtomobili olub. Maşını onun mühafizəçisinin iradə etdiyi müəyyənləşib.

Qəza nəticəsində itki olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ