RU
Ermənistanın sabiq müdafiə naziri həbs ediləcək
10:10
259

Ermənistanın sabiq müdafiə naziri həbs ediləcək

Yerevan məhkəməsi Ermənistanın sabiq müdafiə naziri Mikael Aryutyunyanın həbsinə sanksiya verib.

7news.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə əlaqədar başlanmış cinayət işi üzrə axtarışda idi.

Xatırladaq ki, 2008-ci ilin fevralında prezident seçkilərində Serj Sarqsyana məğlub olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları fevralın 20-dən Yerevanın mərkəzində mitinqlər təşkil etmişdilər.

Sonradan mitinqlər martın 1-2-də asayiş keşikçiləri ilə toqquşmalarla davam etdi. Nəticədə 10 nəfər həlak oldu, 200 nəfər isə yaralandı.

Məhz bu hadisələrə görə general-polkovnik Aryutyunyanı həbs etmək haqqında qərar verilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ