Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Ağayev Elçinlə Cəlilabadda vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı rayon ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.
Şəhid Elçin Ağayev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub.
Allah rəhmət eləsin!








