RU
“Ermənistanın törətdiyi cinayətlərə susqun qalmaq olmaz…” - DEPUTAT
12:24
792

“Ermənistanın törətdiyi cinayətlərə susqun qalmaq olmaz…” - DEPUTAT

"Ermənistanın bu günə qədər mina xəritələrini təhvil verməməsi onun göstəricisidir ki, bu yaramaz ünsürlər hələ də ağıllanmayıblar və növbəti müharibə cinayətlərini törətməyə davam edirlər.”

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Az qala hər həftə insan tələfatı olur. Mina partlaması ucbatından. Amma beynəlxalq aləm, beynəlxalq qurumlar, təşkilatlar yatıblar, mürgüləyirlər, qış yuxusuna gediblər. Ermənistana təsir və təzyiq göstərmirlər. Hərəkətə keçmirlər. Niyə, görəsən? Deyim, niyə. Çünki onların hərəkətə keçməsi üçün həmin hərəkət trayektoriyasının öz maraqlarına uyğun olması gərəkdir. Çünki onlar hər yerdə ədaləti deyil, öz çıxarlarını axtarırlar. Çünki onlar üçün ümumbəşəri dəyərlərin varlığı artıq heç bir mahiyyət, əhəmiyyət kəsb etmir.

Ermənistanın törətdiyi mina terroruna susqun qalmaq olmaz. İnsanlıq əleyhinə yönəlmiş bu cinayətə hər kəs reaksiya bildirməlidir. Birmənalı və qətiyyətli şəkildə!” - deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ