Ermənistan Silahlı Qüvvələrinin yeni baş qərargah rəisi Artak Davtyan olub.
Bu barədə baş nazir Nikol Paşinyan "Facebook” səhifəsində yazıb:
"General-mayor Artak Davtyanın Ermənistanın yeni baş qərargah rəisi təyin olunmasını təqdim etməkdən məmnunam”.
Qeyd edək ki, Davtyan buna qədər Baş Qərargahın operativ idarəetmə rəisi olub. 2017-ci ildə isə Müdafiə Nazirliyinin beşinci ordu korpusuna təyinat alıb.
7news.Az







