RU
Çernobıl AES elektrik təchizatını bərpa edib
13:45
478

Çernobıl AES elektrik təchizatını bərpa edib

Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası elektrik təchizatını bərpa edib.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tviter səhifəsində bildirib.

Məlumata görə, Rusiya hərbçilərinin hücumu nəticəsində AES-in elektrik təchizatı xətti zədələnmişdi.

"AEBA-nın Ukraynadakı nümayəndəliyi Çernobıl AES-in xarici elektrik təchizatını bərpa etdiyini bildirib”, məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı ötürməsi dayanmışdı. Həmin gün Ukrayna tərəfi stansiyanın fəaliyyətini 48 saata bərpa edəcəklərini bəyan etmişdi.

Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ