RU
Çərpələng 12 yaşlı uşağı uçurtdu, qolları altı yerdən qırıldı - VİDEO
15:10
291

Çərpələng 12 yaşlı uşağı uçurtdu, qolları altı yerdən qırıldı - VİDEO

İndoneziyanın Sumatra adasında yerləşən Lampunq əyalətində uşaq nəhəng əjdaha şəklində uçurtmadan yıxılıb.

Bu barədə "Cococnuts Jakarta" yazır.

 

Hadisə məktəblərin birinin yaxınlığında baş verib. Belə ki, 12 yaşlı İ.R. qardaşıyla çərpələng uçurarkən külək uşaqdan üç dəfə böyük olan uçurtmayla onu havaya qaldırıb.

Bir neçə metr hündürlükdən yıxılan uşaq qollarında 6 sınıqla dərhal xəstəxanaya çatdırılıb. O, artıq iki əməliyyat keçirib və hazırda vəziyyəti yaxşılaşmaqdadır.

Yerli hökumət orqanları uşaqların düzgün ölçüdə olan uçurtmalardan istifadə etməli olduqlarını bildirirlər, çünki bu, artıq ilk hadsə deyil.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ