RU
Ərsun Yanal rəsmən
18:30
866

Ərsun Yanal rəsmən "Trabzonspor"da

"Trabzonspor" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

7News.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Ərsun Yanal çalışdıracaq.

55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə superliqanın 33-cü turunda "Antalyaspor"a ağır məğlubiyyətdən (0:7) sonra istefaya göndərilən Hami Mandiralını əvəzləyib.

Qeyd edək ki, Ərsun Yanal daha öncə 2007-2009-cu illərdə "Trabzonspor"u çalışdırıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ