RU
Əsas kriptovalyuta birjaları Rusiyaya tam qadağa qoymayıb
20:30
946

Əsas kriptovalyuta birjaları Rusiyaya tam qadağa qoymayıb

"Binance" kriptovalyuta birjası sanksiyalara məruz qalan Rusiya banklarının kart sahiblərinin öz platformasında qəbul etməyəcək.

7NEWS.Az "Reuters"ə istinadən verdiyi məlumata görə, bu, bütöv bloklanma sayılmır və Ukrayna hökumətinin sorğusuna baxmayaraq, "Binance", "Kraken" və "Coinbase" birjaları Rusiya müştərilərinə tam qadağa qoymayıb.
Sözügedən platformalar istifadəçiləri yoxlayacaqlarını və yalnız sanksiyalara məruz qalanları blok edəcəklərini bildiriblər. Onlar qeyd edib ki, bütöv bir xalqın sistemdən kəsilməsi kriptovalyutaların hökumətin nəzarəti olmadan ödənişlərə çıxış təklif etmə ideyasına ziddir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ