Qərb ölkələrinin Suriyada apardığı hərbi əməliyyatlar faydasızdır.
7news.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd “Di Presse” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, qurudan hərbi əməliyyatlar aparılmazsa, İŞİD-ə qalib gəlmək mümkün olmayacaq:
“Avropa, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Suriyanı terrorçuların yuvasına çevirdi. Terrora qarşı mübarizə davamlı olmalıdır. Qərbin terrorçularla mübarizəsi birmənalı deyil. Bəzi Qərb dövlətləri terrora qalib gəlmək üçün mənim vəzifədən getməyimi əsas şərt görür. Bunu qəbul etmirik. Dövlət başçısının pis, yaxud yaxşı olması avropalıların deyil, suriyalıların məsələsidir. Xalq məni görmək istəməsə, gedərəm”.
Bundan əlavə, Əsəd onu vurğulayıb ki, Rusiya və İran Suriyanın əsas müttəfiqləridir.
7news.az








