RU
02:25
417

"Əsəd Haaqada cəzalanmalıdır"

Suriya Prezidenti Bəşər Əsəd Hollandiyanın Haaqa (Lahey) şəhərində yerləşən Beynəlxalq Arbitraj Məhkəməsində cəzalandırılmalıdır.

Bu sözləri Hollandiyanın Xarici İşlər naziri Bert Koenders deyib.

O bildirib ki, Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə Avropaya miqrant axını davam edəcək:

“Bəşər Əsəd iqtidarda olduğu müddətdə Suriyada uğur əldə edə bilməyəcəyik. Bu qədər qan tökən biri məhkəmə qarşısına çıxarılmalıdır. Əsədin yaxın zamanda vəzifədən getməyəcəyinin fərqindəyəm. Bununla bağlı Rusiyanın yardımı önəmlidir. Diktatorların hakimiyyətdə olduğu müddətdə sabitliyin yaranacağını və miqrant axınının azalacağını düşünmək sadəcə böyük yanlışlıqdır”/axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ