Suriya ordusu və onun müttəfiqləri Hələb şəhərində müxalifət güclərinə qarşı əməliyyatı uğurla davam etdirir.
Bu haqda Suriya ordusunun tərəfində vuruşan Livanın "Hizbullah” təşkilatının mətbuat xidmətindən bildirilib.
"Hələbin strateji əhəmiyyətli Şeyx-Səid rayonu xüsusi əməliyyatın gedişatında ələ keçirilib”, - xəbərdə deyilir.
Təşkilat son əməliyyatlardan sonra Suriya ordusu və müxalifətin döyüş mövqelərini göstərən yeni xəritəni dərc edib./publika.az
7news.Az









