Hələbin azad edilməsi Suriyada müharibənin gedişatını dəyişəcək, amma bu onun sonu demək olmayacaq.
Bu barədə ölkə prezidenti Bəşər Əsəd bu gün "Əl-Vatan” qəzetinə verdiyi müsahibəsində bildirib.
"Hələbin azad edilməsi Suriyanın yaraqlılardan təmizlənməsi yolunda vacib mərhələ olacaq, amma müharibə onların tamamən məhv edilməsinə qədər davam edəcək”, - dövlət başçısı deyib.
"Terrorçular Suriyanın digər rayonlarında yerləşirlər və biz onlarla müharibə aparacağıq”, - Əsəd əlavə edib./oxu.az
7news.Az








