RU
Əsəd ordusu daha iki məntəqəni ələ keçirdi
00:55
1151

Əsəd ordusu daha iki məntəqəni ələ keçirdi

Suriyada Əsəd qüvvələri Latakiyada Cəbəl Ekrad bölgəsində daha iki məntəqəni ələ keçiriblər.

Rejim qüvvələri Cəbəl Əkrada bağlı Künsübbə və Ziyarət dağında nəzarəti ələ alıblar.

Yerli mənbələrdən verilən məlumata görə, Əsəd qüvvələri Rusiyaya məxsus hərbi təyyarələrin dəstəyi ilə regionda bir çox nöqtəyə hücum təşkil ediblər. Müxaliflərlə rejim qüvvələri arasında toqquşma gün ərzində fasiləsiz olaraq davam edib.

Əsəd ordusunun Türkman dağının qərbində yerləşən Hamrat kəndinə doğru hərəkət edəcəyi bildirilib./axar

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ