RU
Əsəd Putinə Suriyanın xilası üçün təşəkkür etdi
15:30
890

Əsəd Putinə Suriyanın xilası üçün təşəkkür etdi

“Danışıqların mövzusu tamamilə aydındır”.

Suriya lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı ona Suriyanın xilası üçün təşəkkür edib.

Вanışığın mətni Kremlin saytında təqdim edilib.

Suriya lideri bəyan edib ki, Rusiya Federasiyası və Rusiya xalqı Suriyaya dəyəri olmayan bir yardım göstərir, onun vahidliyini və müstəqilliyini dəstəkləyir.

Əsədin sözlərinə görə, Rusiya Federasiyasının böhranın əvvəlindən atdığı siyasi addımlar Suriyadakı hadisələrin daha da faciəvi şəkildə ssenari üzrə inkişaf etməsinə imkan vermədi.

Eləcə də Suriya prezidenti qeyd edib ki, terrorizm üzərində qələbə Suriyada gələcək siyasi tənzimləmə üçün lazımdır, belə ki, əks halda Suriya xalqı öz iradəsini ifadə edə və dövlətinin müqəddəratını həll edə bilməyəcək.

12:49

Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfərə gəlib və Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşüb.

Bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, görüşdə Suriya silahlı qüvvələrinin dəstəklənməsi üzrə Rusiya əməliyyatlarının davamı ilə bağlı məsələ müzakirə edilib.

D.Peskov bildirib ki, görüş həm dar, həm də geniş formatda keçirilib. Geniş formatlı görüşdə RF ali rəhbərliyinin üzvləri iştirak edib.

“Danışıqlar yetərincə davamlı olub, danışıqların mövzusu tamamilə aydındır”, - D.Peskov əlavə edib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ