Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, Rusiya ordusunun Suriyadakı mövcudluğu uzunmüddətlidir və bu, yalnız terrorçuluqla mübarizə üçün zəruri deyil.
7news.Az-ın verdiyi xəbərə görə, Əsəd Suriya ilə Rusiya arasında Xmeymim bazasına dair sazişi xatırladıb:
"Bu müqavilə hələ 40 ildən artıq müddətdə qüvvəsini itirməyəcək”.
Onun sözlərinə əsasən, Rusiya hərbi qüvvələri regiondakı balans üçün vacibdir.
"Rusiya böyük dövlətdir. O, bütün dünyaya görə məsuliyyət daşıyır. Müxtəlif regionlarda hərbi və siyasi mövcudluq isə bu məsuliyyətin tərkib hissəsidir”, - Əsəd deyib.
7news.Az








