RU
Əsəd Rusiyaya getdi - Putinlə görüşdü – YENİLƏNİB
09:01
485

Əsəd Rusiyaya getdi - Putinlə görüşdü – YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd Soçi görüşündə Suriyada terrorla mübarizədə atılacaq birgə addımları razılaşdırıb.

7news.Az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

"Biz Suriya prezidenti ilə Suriya Ərəb Respublikasında terrora və terrorçu qruplaşmalara qarşı mübarizədə görüləcək birgə tədbirləri razılaşdırdıq, Suriya ordusunun bu yolda əldə etdiyi böyük nəticələri qeyd etdik və belə bir nəticəyə gəldik ki, bu  ün siyasi prosesin aktivləşməsi üçün olduqca əlverişli bir vəziyyət yaranıb”, - deyə Putin bildirib.

 

-----

Suriya prezidenti Bəşər Əsəd Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

7news.Az  "gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimtri Peskov məlumat verib.

 

Onun sözlərinə görə, Putin terrorçularla mübarizədə uğurlu nəticələr əldə etdiyi üçün Əsədi təbrik edib. Peskov bildirib ki, görüşdə Suriyadakı problemin siyasi həll yolu müzakirə edilib.

Qeyd edək ki, iki prezidentin bundan öncəki görüşü də 2017-ci ilin noyabrında Soçidə baş tutmuşdu.

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ