RU
02:01
378

"Əsədi müzakirə edənlər pravokatordur"

Yalnız pravokatorlar Suriya Prezidenti Bəşər Əsədin vəzifədən getməsi ilə bağlı müzakirə apara bilərlər.

Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin “Rosiya 24” telekanalına müsahibəsində deyib.

“Hər kəs bilir ki, müəyyən bir müddət ərzində razılıq əldə olunub. Müzakirələrin vacibliyini hamı anlayır. Müxalifətin tələbinə uyğun olaraq, Əsədin mövqeyi mütləq müzakirə olunacaq. Lakin hər zaman məhz Əsədin vəzifədən getməsini istəyənlər provakasiya ilə məşğuldurlar”, - Çurkin bildirib.

Çurkin onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasına üzv olan bəzi dövlətlər yanvarın 25-i Əsəd və müxalifət arasında baş tutacaq görüşə mane olmağa çalışırlar./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ