7NEWS.az xəbər verir ki, Suriyada Bəşər Əsəd rejimi 13 il davam edən vətəndaş müharibəsindən sonra devrildi. Əsəd ailəsi ilə birlikdə Moskvaya sığınıb. HTŞ-nin rəhbərlik etdiyi müxalif qruplar paytaxt Dəməşqdə rejim qüvvələrinə məxsus saraylara basqın edib. Müxaliflər Əsəd ailəsinə məxsus gizli tunel şəbəkəsini üzə çıxarıb. Əsədin qardaşı general-mayor Mahir Əsədə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb. Basqın zamanı Əsəd ailəsinə məxsus məxfi sənədlər və qiymətli əşyalar da ələ keçirilib.








