RU
Əsədin İŞİD-lə əlaqəsinin sirli məqamları üzə çıxdı
19:30
434

Əsədin İŞİD-lə əlaqəsinin sirli məqamları üzə çıxdı

Əsədin İŞİD-lə əlaqəsi deşifrə edildi - Sabiq baş prokuror etiraf etdi

Suriyanın Homs şəhəri yaxınlığında yerləşən tarixi Tədmur (Palmira) şəhərinin sabiq baş prokuroru Qasim Nasir Əsədlə İŞİD arasındakı əlaqə haqda sensasion açıqlamalar verib.

7news.Az avropa.info-ya istinadən bildirir ki, İŞİD-in keçən ilin may ayında Tədmuru tutmasından sonra Homsa gələn sabiq baş prokuror Məhəmməd Qasim Nasir daha sonra isə Türkiyəyə gəldiyini bildirib. Sabiq baş prokurorun İŞİD-lə Əsəd arasındakı əlaqələrlə bağlı sensasion açıqlamalar verib.

O, İŞİD-in Tədmuru ələ keçirdiyi 2015-ci ilə qədər baş prokuror vəzifəsində çalışdığını, bu müddət ərzində Əsəd rejimi və İŞİD arasında neft, qaz və qida maddələrinin ticarətinin artdığını bildirib.

Əsədin 600 İŞİD döyüşçüsünün Tədmura hücum etməsindən əvvəl şəhərdəki ağır texnikanın geri çəkilməsinə dair göstəriş verdiyini vurğulayan Nasir sözlərinə belə davam edib:

"Hərbi Kəşfiyyatın rəhbəri general Malik Həbibin yanına getmişdim. Hücumdan 2 həftə öncə Həbib, İŞİD-in hücum edəcəyi haqda xəbər verdi. Əsəd onu şəxsən çağırıb Tədmuru İŞİD-ə verəcəklərini, bir neçə aydan sonra şəhərin geri alınacağını söyləmişdi. General mənə dedi ki, Əsəd İŞİD-in Tədmurda ələviləri və xristianları öldürməsini dünyaya göstərmək üçün istifadə edəcək. Beləcə də Suriya inqilabını dünyanın gözündə şər bir hərəkata çevrildi. Əsəd İŞİD-in xristianları və ələviləri qətlə yetirməsini dünyaya göstərərək dünyanın İŞİD-ə qarşı onunla birgə mübarizə aparmasını təmin etdi".

Nasir bundan başqa Rusiyanın da İŞİD-in Tədmuru ələ keçirəcəyindən xəbərdar olduğunu söyləyib.

"Palmiraya onlarla rus mütəxəssis gəlib-gedirdi. Bu mütəxəssislər İŞİD üzvlərinin himayəsi altında neft və qaz quyularının olduğu bölgələrə gedirlər".

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ