7NEWS.az xəbər verir ki, Suriyada Əsəd ailəsi dövrünün sona çatmasının ardından devrilmiş lider Bəşər Əsədin qardaşı Mahir Əsədin paytaxt Şamdakı evi görüntülənib. Əsədin qardaşı general-mayor Mahirə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb. Qəddarlığı ilə tanınan Mahir Əsəd general-mayorla bərabər rütbəyə malikdir və Suriya ordusunun elit dördüncü diviziyasına komandanlıq edirdi. Basqın zamanı Əsəd ailəsinə məxsus məxfi sənədlər və qiymətli əşyalar da ələ keçirilib.








