7NEWS.az xəbər verir ki, yarım əsrdən çox hakimiyyətdə olan Əsəd ailəsinin süqutundan sonra suriyalılar meyvə-tərəvəz satmaq üçün əvvəllər rejimə məxsus tankdan istifadə etməyə başlayıblar. Ərzaq dükanı kimi istifadə edilən tankın görüntüsü sosial mediada böyük əks-səda yaradıb. Sosial şəbəkə istifadəçiləri "Bir vaxtlar Dəməşqdə dinc əhaliyə terror törədən Əsəd rejiminin tankı indi yerli xalqın bazarıdır!” deyiblər.








