RU
Əsədov AŞPA prezidenti ilə görüşdü
21:30
418

Əsədov AŞPA prezidenti ilə görüşdü

Strasburqda Avropa Şurası Parlament Assambleyasına üzv dövlətlərin parlament sədrlərinin görüşü çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov AŞPA prezidenti Pedro Aqramuntla görüşüb.

Tərəflər Azərbaycan-Avropa Şurası münasibətləri, Azərbaycanda keçiriləcək referendum, Avropa Şurasının referendumla bağlı göndərəcəyi qiymətləndirmə missiyası və Venesiya Komissiyası ilə əlaqələrlə bağlı müzakirə aparıb.

Görüşdə parlamentin komitə sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova iştirak ediblər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ