RU
Əsgər 30 min Avroya görə xəstəxanada qalıb
15:03
1516

Əsgər 30 min Avroya görə xəstəxanada qalıb

Ermənistan ordusunun aprel döyüşləri zamanı onurğasından yaralanaraq ailəsi tərəfindən Almaniyaya aparılan əsgəri Arman Lazkyan 30 min avroya görə ölkəsinə qayıda bilmir.

7News.Az xəbər verir ki, bu barədə “armenianreport” yazır. Əsgərin atası Mikael Lazkyan sayta bildirib ki, 30 min avronun ödənilməsi ilə bağlı dəfələrlə hökumətə müraciət etsə də ona aldadıcı cavablar verilib. Erməni diasporu da məsələyə biganədir. Nəticədə əsgər az qala 1 aya yaxındır ki, bu vəsaitin ödənilməməsi ucbatından xəstəxanada qalıb. Vəsait isə günü gündən artmaqdadır.

Qeyd edək ki, Qarabağda yaralanan əsgər işğal olunmuş ərazilərimizdə xidmət keçmək üçün Ermənistandan göndərilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ