RU
Əsgər huşunu itirdi
11:48
1135

Əsgər huşunu itirdi

Böyük Britaniyada krallıq sarayının keşikçilərindən biri iqəmətgahın önündə təşkil olunmuş rəsmi mərasimdən öncə huşunu itirib və yerə yıxılıb. Ona dərhal yaxınlıqdakı əsgər dostları müdaxilə edib.

Həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, uzun müddət hərəkətsiz qalan gənc keşikçinin beyin-qan dövranı pozulub və nəticədə o halsız vəziyyətə düşüb və özünü idarə edə bilməyib. Britaniya mətbuatı yazır ki, yəqin, bu, əsgərin sonuncu iş günü idi. Çünki, krallıq sarayını qorumaq kimi məsul bir tapşırığı yerinə yetirməli olan şəxs bir dəfə huşunu itirib yerə yıxılırsa, demək ki, bu hal yenə təkrarlana bilər. Bu üzdən əsgəri ikinci dəfə eyni risk altında qoymurlar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ